Acerca de
HAQQIMIZDA
“COHUB55” MMC şirkəti 2019-cu ildən təhsil və kouçinq üzrə fəaliyyət göstərir. İngiltərənin TheCPDGroup akkreditasiya qurumu tərəfindən CPD standartlarına uyğun gəldiyinə görə CPD akkreditasiyasından keçərək CPD Təminatçısı statusunu alıb.
CPD təminatçısı kimi şirkətin təhsil sahəsində əsas məqsədi fərdlərin davamlı şəkildə peşəkar inkişaflarına düzgün istiqamət verməkdir. CPD akkreditasiyalı təhsilə 120 saatlıq TESOL/TEFL müəllimlik kursu, seminarlar, təlimlər, vebinarlar, master-klasslar, konfransların keçirilməsi və digər öyrənmə vasitələri daxildir.
Xarici dil kursları üzrə ümumi ingilis dili, biznes ingilis dili, professional ingilis dili, müəllimlər üçün akademik ingilis dili və tədris edilir və müəllimlər mentorluq xidmətindən də yararlana bilərlər.
Xaricdə təhsil üzrə xidmətlərimizə Polşa universitetlərinə qəbul daxildir.
Siz rəhbər kouçluğu, həyat kouçluğu, holistik kouçluq, NLP kouçluğu, təhsil və tələbə kouçluğu sahələrində müxtəlif çətinliklərin öhdəsindən gəlmək üçün xidmətlərimizdən faydalana bilərsiniz.
Təhsil, araşdırma və mükəmməlliyin birləşdiyi COHUB55-də bizə qoşulun və gələcəyinizi bizimlə formalaşdırın.
